Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Noyabr 2022 19:12
Andrey Şevçenko sabah start götürəcək DÇ-2022-dən gözləntilərini açıqlayıb.
Sonxeber.net apasport.az-a istinadən bildirir ki, Ukrayna millisinin sabiq futbolçusu və baş məşqçisi Kriştiano Ronaldo və Lionel Messinin son çempionatında gözəl mübarizə gözləyir.
"Qızıl top" qazanan azsaylı futbolçulardan olan Şevçenko favoritini açıqlamaq istəməyib: "Gözləntim çoxdur. Bu, Ronaldo və Messinin son çempionatıdır. Onlar son 20 ilin ulduzlarıdır. Bəyəndiyim gənclərə gəlincə, "Barselona"dan Qavi və "Real"ın bir neçə oyunçusu var. Düşünürəm ki, gözəl futbol olacaq".
Qeyd edək ki, Qətərdəki mundial noyabrın 20-dən dekabrın 18-dək keçiriləcək.