Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Noyabr 2022 22:34
İŞİD terror qruplaşmasının silahlıları Kərkük əyalətinin şimal-qərbində İraq ordusunun mövqelərinə hücum edərək, 4 əsgəri öldürüblər.
Sonxeber.net "Report"a istinadən bildirir ki, Dibis ərazisindəki İŞİD yaraqlıları əsgərlərin silah və rabitə vasitələrini götürərək hadisə yerindən qaçıblar.
Bu, il ərzində ikinci belə hücumdur. Yanvar ayında İŞİD yaraqlıları Bakuba şəhəri yaxınlığındakı Əl-Əzim dağlıq bölgəsində kazarmalara soxularaq bir gözətçini öldürüb, 11 əsgəri isə yatarkən güllələyiblər.
Kərkük qubernatoru Rakan Səid əl-Ciburi "Associated Press"ə bildirib ki, hücum "təhlükəsizlik qüvvələrinin səhlənkarlığının nəticəsidir".