Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Aspirinlə sızanaqlardan və qırışlardan qurtulun

Aspirinlə sızanaqlardan və qırışlardan qurtulun

Tarix: 20 Noyabr 2022 11:21

Aspirin dəridəki artıq yağları azaldıb qan dövranını gücləndirərək sızanaqların yaranmasının qarşısını alır. Bununla belə ondan düzgün istifadə etmək də önəmlidir.

Milli.Az Axşam.az-a istinadən aspirinlə hazırlanan maskaları təqdim edir.

Sızanaqlara qarşı aspirin maskası

Tərkibi:

4 və ya 5 aspirin
1 və ya 2 xörək qaşığı ilıq su
Bal və ya qatıq

Hazırlanması:

Əvvəlcə aspirini toz halına gətirin. Sonra ilıq su ilə yaxşıca qarışdırın. İstəyə görə digər inqrediyentləri (bal və qatıq) əlavə edib yenidən qarışdırın. Qarışımı nazik təbəqə şəklində üzə çəkib 10-15 dəqiqə gözləyin. Maskanı ilıq su ilə yuyun və nəmləndirici kremdən isitfadə edin.

Qırışlar üçün aspirin maskası

Tərkibi:

3 aspirin
3 xörək qaşığı limon suyu

Hazırlanması:

İnqrediyentləri qarışıdırıb nazik təbəqə şəklində üzünüzə çəkin. 10 dəqiqədən sonra ilıq su ilə yuyun.

Milli.Az


Etiketlər:  Aspirinlə sızanaqlardan qırışlardan qurtulun


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ