Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qubada körpü qəzalı vəziyyətə düşüb - VİDEO

Qubada körpü qəzalı vəziyyətə düşüb - VİDEO

Tarix: 20 Noyabr 2022 15:12

Quba rayonunun Kardaş kəndinin sakinlərinin istifadə etdiyi taxta körpü yararsız hala düşüb.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, kənd sakinləri ip üzərinə bərkidilmiş qırıq taxtaların üstü ilə gedirlər.

40 il əvvəl düzlədilən taxta  körpü indi yararsız haldadır. Ona görə də burada hər an xoşagəlməz  hadisə baş verə bilər.

Kəndi Çağacuq çayı iki yerə ayırır. Kənddə 35 ev, 160-dan çox əhali yaşayır. Kəndin bir hissəsi çayın sağ sahilində, digər hissəsi sol sahildə yerləşir. Körpünün bu başından o biri tərəfinə keçmək üçün sakinlər məcburən bu körpünən istifadə edirlər.

Kənd evlərinin 20-si bir sahildə, 15-i digər sahildə yerləşir. Kəndin yeganə  4 illik modul tipli məktəbi çayın sağ sahilində yerləşir. Bu 4 illik məktəbi bitirdikdən sonra uşaqlar, yuxarı siniflərdə oxumaq üçün Pirvahid kənd orta məktəbinə gedirlər. Körpünün qəzalı vəziyyətdə olması isə onların işini çətinləşdirir.

Məsələ ilə bağlı  Quba Rayon İcra Hakimiyyətinə müraciət etdik. Bildirildi ki, həmin körpü Rostov kənd bələdiyyəsinin balansındadır.

Rustov kənd bələdiyyəsinin sədri Aydın Kazımov isə açıqlamasında deyib ki, bələdiyyə büdcəsində hazırda vəsait yoxdur. Lakin körpünün yaxın vaxtlarda təmir olunması planlaşdırılır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az


Etiketlər:  Qubada körpü qəzalı vəziyyətə düşüb VİDEO


RƏYLƏR