Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycanda son sutkada 31 nəfər COVID-19-a yoluxub

Azərbaycanda son sutkada 31 nəfər COVID-19-a yoluxub

Tarix: 20 Noyabr 2022 16:50

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 31 yeni yoluxma faktı qeydə alınıb, 29 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Milli.Az-a verilən xəbərə görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 823 954 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 813 750 nəfər müalicə olunaraq sağalıb, 9 972 nəfər vəfat edib, aktiv xəstə sayı 232 nəfərdir.

Ölkədə son sutka ərzində 1 620, hazırkı dövrədək isə 7 356 956 test aparılıb.

Milli.Az


Etiketlər:  Azərbaycanda son sutkada 31 nəfər COVID 19 a yoluxub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ