Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Noyabr 2022 08:54
"Əl-Qaidə" terror təşkilatı Qətərdə keçirilən futbol üzrə dünya çempionatını müsəlmanların dəyərlərini məhv etməyə yönəlmiş işğal adlandırıb və planetin ən mühüm idman tədbiri üçün Qətərə gedənləri daş-qalaq etməyə çağırıb.
Onların fikrincə, Ərəbistan yarımadası homoseksuallar, ateistlər və əxlaqsız insanlarla dolub daşır.
"Kubok üçün gələnlərin davranışı bizim cəmiyyətə, müsəlmanlara yaddır. Müsəlmanlar daş-qalaq etməklə öz vəzifələrini yerinə yetirə bilərlər", - deyə terror təşkilatından dünya çempionatına qarşı "cihad"a çağırış edilib.
Çempionat ilə müsəlman dünyasındakı mədəni işğalın davam etdiyini iddia edən "Əl-Qaidə" Qərbin ən böyük hədəfinin pornoqrafiyanı canlandırmaq və homoseksuallığı adiləşdirmək olduğunu bildirib.
Terror təşkilatı buna icazə verən Yaxın Şərq ölkələrinin də məsuliyyət daşıdığını bəyan edib.