Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Noyabr 2022 10:20
Qazaxıstanın Mərkəzi Seçki Komissiyası (MSK) ölkədə keçirilən növbədənkənar prezident seçkilərinin yekun nəticəsini açıqlayıb.
Sonxeber.net "TASS"a istinadən xəbər verir ki, Kasım-Jomart Tokayev səslərin 81,31%-ni toplayaraq yenidən ölkənin Prezidenti seçilib.
"Beləliklə, dünən açıqlanan ilkin nəticələr təsdiq olunub", - deyə Qazaxıstan MSK-nın rəhbəri Nurlan Abdirov qeyd edib.
Məlumata görə, Tokayevin andiçmə mərasimi noyabrın 26-sı baş tutacaq.
Qeyd edək ki, Tokayev 2019-cu ildə keçirilən seçkilərdə səslərin 70,96%-ni toplamışdı.