Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Nərimanov rayonunda yolların yenidən qurulmasına 4,23 milyon manat ayrılıb - SƏRƏNCAM

Nərimanov rayonunda yolların yenidən qurulmasına 4,23 milyon manat ayrılıb - SƏRƏNCAM

Tarix: 22 Noyabr 2022 14:27

Prezident İlham Əliyev Bakı şəhərinin Nərimanov rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Sərəncam imzalayıb.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, Sərəncama əsasən, Bakı şəhərinin Nərimanov rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə "Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"nün 1.26.18-ci yarımbəndində göstərilmiş məbləğin 4,23 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməli, Nazirlər Kabineti isə bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.


Etiketlər:  Nərimanov rayonunda yolların yenidən qurulmasına milyon manat ayrılıb SƏRƏNCAM


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ