Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Noyabr 2022 19:26
Çində müflis olan milyonçu Tan Tszyan borcunu ödəmək üçün küçədə sosiska satır.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, iş adamının sözlərinə görə, onun 6,4 milyon dollar borcu olub.
Tszyan Hançjou şəhərində restoranların sahibi olmaqla, Çjetszyan əyalətinin ən uğurlu sahibkarlarından biri hesab olunurdu. Bir neçə müəssisəyə malik Tszyan digər sahəyə sərmayə qoyaraq müflis olub. Nəticədə onun 6 milyon dollardan çox borcu yaranıb.
Borcu ödəmək üçün Tan küçədə sosiska satmağa başlayıb. Bundan əlavə, kişi özünü müflis elan edərək bütün restoranlarını, evlərini və maşınlarını satıb.
"Hər birimiz çətin bir həyat yaşayırıq və bir çox problemlərlə üzləşirik, lakin yenilməzlik ruhunu qorumalıyıq", - deyə o bildirib.