Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Məktəbli qızı betonqarışdıran maşın vurub öldürdü - VİDEO

Məktəbli qızı betonqarışdıran maşın vurub öldürdü - VİDEO

Tarix: 23 Noyabr 2022 03:24

Moskvada 10 yaşlı məktəbli qızın betonqarışdıran maşın tərəfindən vurulma anı kameraya düşüb.

Milli.Az bildirir ki, kadrları REN TV yayıb.

Videoda KamAZ-ın piyada keçidində yolu keçən qızı necə vurduğu görünüb.

Hadisə noyabrın 21-də səhər tezdən Rodnikova küçəsində, avtobus dayanacağının yanında baş verib. Həmin yerdə işıqforun olduğu bildirilib. Amma işıqfor işləməyib. Toqquşma nəticəsində uşaq yerindəcə keçinib.

Baş verənlərə münasibət bildirən sürücü havanın qaraldığını və 3-cü sinif şagirdini görmədiyini bildirib.

İrfan Vəliyev
Milli.Az


Etiketlər:  Məktəbli qızı betonqarışdıran maşın vurub öldürdü VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ