Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

DÇ-2022-də boş tribunalar gizlədildi

DÇ-2022-də boş tribunalar gizlədildi

Tarix: 23 Noyabr 2022 15:46

DÇ-2022-nin açılış matçında ev sahibi Qətər və Ekvador arasında oynanılan matç (0:2) zamanı qəribə vəziyyət yaranıb.

Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, ilk hissədə Qətərin 0:2 hesabı ilə geri düşməsindən sonra yerli azarkeşlər kütləvi şəkildə stadionu tərk etməyə başlayıblar. Lakin boş tribunaların görüntüləri televiziya yayımına daxil edilməyib. Çoxları FİFA-nın bu vəziyyəti qəsdən gizlətməsindən və dünya çempionatının Qətərdə keçirilməsinə haqq qazandıran "gözəl mənzərə" göstərmək istəməsindən şübhələnir.

Norveçin NRK teleşirkətinin jurnalistləri kadrları təhlil edərək belə qənaətə gəliblər ki, boş tribunalar və ya azarkeşləri tərk edən bir kadr da yayıma daxil edilməyib. Eyni zamanda, qarşı tərəfdə stadionun tribunalarının yarısı boş olsa da, aktiv azarkeşlərin dolu tribunası dəfələrlə nümayiş etdirilib.

Xatırladaq ki, Qətərdə keçirilən dünya çempionatı noyabrın 20-də start götürüb və dekabrın 18-dək davam edəcək.


Etiketlər:  2022 boş tribunalar gizlədildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ