Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Belçikadan minimal hesablı qələbə

Belçikadan minimal hesablı qələbə

Tarix: 24 Noyabr 2022 07:38

Qətərdə keçirilən DÇ-2022-nin F qrupunda I tura yekun vurulub.

Turun ikinci oyununda Belçika və Kanada qarşılaşıb.

Mundialın dördüncü gününün son qarşılaşmasının favoriti avropalılar idi. Son dünya çempionatının bürünc mükafatçısı olan Roberto Martinesin yetirmələri etimadı doğruldublar. Kanadadan minimal hesabla üstün olan Belçika mundiala qələbə ilə başlayıb.

Qeyd edək ki, F qrupunda turun ilk matçında Xorvatiya ilə Mərakeş görüşüb. Bu oyunda qol vurulmayıb.

DÇ-2022, qrup mərhələsi
23 noyabr, I tur
F qrupu

23:00. Belçika - Kanada 1:0

Qol: Mişi Batşuayi, 44

Milli.Az


Etiketlər:  Belçikadan minimal hesablı qələbə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ