Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Oktyabr 2019 12:14
Bakı. Trend:
Oktyabrın 7-də hava şəraitinin pisləşməsi ilə əlaqədar olaraq SOCAR-da təhlükəsizlik tədbirlərini maksimum gücləndirib.
SOCAR-dan Trend-ə verilən məlumata görə, 150 nəfər dənizdə işləyən neftçi iş yerlərindən evakuasiya olunub, zəruri sahələrdə növbətçilik təşkil olunub, vəziyyət nəzarətdə saxlanılır. Bu halın hasilat prosesinə heç bir təsiri yoxdur.
Dənizdəki bütün neft-qaz yataqlarında növbətçi gəmilər və FHN-nin yanğından mühafizə gəmiləri tərəfindən növbətçilik həyata keçirilir.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin