Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Şəkərli diabet xəstələri üçün pəhriz

Şəkərli diabet xəstələri üçün pəhriz

Tarix: 26 Noyabr 2022 07:12

Bu pəhriz  şəkərli diabet xəstələri üçün nəzərdə tutulub.
Pəhrizin məqsədi şəkərli diabet xəstələridə karbohidrat və yağ mübadiləsini neytrallaşdıran qida vasitələrinə üstünlük vermək və qanda şəkərin qalxmasına səbəb olan qida maddələrin qəbulunu azaltmaqdır.
Bu pəhrizdə heyvanı yağlar, kalorili qidalar, zülallar, şəkər və
şirniyyatlar azlıq təşkil edir. Bu pəhrizdə xolesterolsuz, duzsuz, qızardılmış qidalara üstünlük verilir. Xəstələrə gün ərzində 5-6 dəfə qidalanmaq və qidada karbohidratların bərabər sayda olması məsləhət görülür (300:6).
Şəkərli diabet xəstələrinə yağlı bulyonlar, yağlı xəmir, süddə bişən düyü, mannı, yağlı ördək, qaz, hind quşu əti, hisə verilmiş ət və ət məhsulları, konservlər, balıq kürüsü, duzlu və yağlı balıq, duzlu pendir, şirin kəsmik, makaron məmulatları, turşular, qənd, mürəbbə və şirniyyatlardan istifadə etmək olmaz.
Şəkərli xəstələrin qidası aşağıdakılardan ibarət olmalıdır.
- yağsız mal, quzu, yağsız hind quşu əti
- qızardılmamış balıq əti
- yağsız süd, kəsmik, pendir, qatıq
- yumurta ağından qayğanaq
- kələm, yerkökü, çuğundur, yaşıl noxuddan hazırlanmış salatlar
- dəniz məhsullarından hazırlanan salatlar
- şit kərə yağı ,bütün növ bitki yağları
- təzə meyvə və tərəvəzlər
- az şəkərli konfet
- təbii bal.

Milli.Az


Etiketlər:  Şəkərli diabet xəstələri üçün pəhriz


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ