Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Heç vaxt üzünə deyə bilmirəm ki, səni sevirəm, mesaj yazıram...” - Xuraman

“Heç vaxt üzünə deyə bilmirəm ki, səni sevirəm, mesaj yazıram...” - Xuraman

Tarix: 26 Noyabr 2022 11:45

"Həyatda heç vaxt yalanı sevməmişəm. Başımın ağrısıdır. Övladımı da uşaq yaşlarından alışdırmışam ki, nə olursa-olsun mənə düzünü de. Hamı deyir ki, mən yalan danışmıram, bəs onda yalanı danışan kimdir? İnsanlarda bir-birinə qarşı böyük aqressiya var. Bilmirəm bu nədəndir?!"

Milli.Az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında tanınmış aktrisa Xuraman Əlizadə deyib. 

Sənətçi daha sonra aktrisa həmkarı Dilarə Əliyevadan danışıb.

"Onu nəinki mən, ailəm də, oğlum da çox istəyir. Bir dəfə oğlumu Dilarə xanımın iştirak etdiyi çəkilişə apardım. Oğlum o qədər çox istəmişdi ki, onu. Evə gəlib ondan soruşdum ki, Dilarə xanımın nəyini bəyəndin? Dedi ki, gözlərini, saçlarını, mənə qayğısını. O sanki bir mələkdir. Mənim ilk qazancım Oqtay müəllimin məni dəvət etdiyi reklamdan aldığım qonorar olub. Görün onların ayağı necə ruzilidir?! O ailə insana dəyər verməyi bacarır. Qəribəsi burasındadır ki, mən heç vaxt Dilarə xanımın üzünə deyə bilmirəm ki, səni sevirəm. Həmişə mesaj vasitəsilə yazıram" deyə aktrisa bildirib.

Sənətçi teatrdan uzaqlaşmağından da danışıb.

"O vaxt canlı efir aparırdım. Teatrdan da Gəncəyə qastrol səfərinə gedirdilər. Halbuki həmin tamaşada mənim dublyorum da var idi. İsrar etdilər ki, sən getməlisən. Dedim ki, çəkilişimi yola verib, özüm gələcəyəm. Dedilər ki, xeyr, bizimlə getməlisən. Mübahisə düşdü, ərizəmi yazıb 2008-ci ildə teatrdan uzaqlaşdım. Heç peşman da deyiləm. Teatrda qala bilməzdim" deyə aktrisa bildirib.

Xuraman Əlizadə ailəsindən də danışıb.

"İş qadını olsam da, ev işlərimi də, yeməyimi də öncədən hazırlayıram. Hər şeyə vaxt tapıram. Heç kim deyə bilməz ki, mən ev işlərimi axsıtmışam. Həyat yoldaşım hər şeydən əvvəl mənim dostumdur. Xəstələnəndə də, əməliyyat olunanda da yanımda onu görmüşəm. O mənim həyatımdakı ən böyük şansımdır. Uşağın üstündə əsirəm, əslində belə olmamalıdır. Murad məni soyuqqanlı olmağa alışdırır, amma bu özümdən asılı deyil. Hətta evə kamera da qoydurmuşam, gəlib-gedənləri də görürəm. Evə də yad adam gəlmir, ya anam-atam gəlir, ya da baldızım, bacım və s.. Yenə də ürəyim uşağın yanında qalır" deyə aktrisa bildirib.

Milli.Az


Etiketlər:  Heç vaxt üzünə deyə bilmirəm ki səni sevirəm mesaj yazıram Xuraman


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ