Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
 
        
        
Tarix: 26 Noyabr 2022 12:50
Əfqanıstanın şərqində yerləşən Nanqarhar əyalətinin hakimiyyət orqanları qadınların kişilərin müşayiəti olmadan vilayətin bir neçə bölgəsindəki tibb müəssisələrinə getməsinə qadağa qoyub.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, məlumata görə, sənədi məscidlərin imamları da təsdiq ediblər. Onlara bu məlumatı vətəndaşlara çatdırmaları tapşırılıb.
Səlahiyyətlilər hələlik qərara münasibət bildirməyiblər.
 
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                    