Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

DÇ-2022: Avstraliya millisi Tunisə qalib gəldi - VIDEO - YENİLƏNİB

DÇ-2022: Avstraliya millisi Tunisə qalib gəldi - VIDEO - YENİLƏNİB

Tarix: 26 Noyabr 2022 16:04

16:00

Qətərdə keçirilən dünya çempionatının D qrupunda II tura start verilib.

Turun ilk matçında Tunis və Avstraliya yığmaları qarşılaşıblar.

Görüş avstraliyalıların minimal hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 23-cü dəqiqədə Mitçell Dyuk vurub.

İlk qələbəsini qazanan Avstraliya yığması 3 xalla 2-ci pilləyə yüksəlib. 1 xalı olan Tunis isə sonuncu sırada qərarlaşıb.

Qeyd edək ki, qrupun digər oyununda Fransa seçməsi Danimarkanı sınağa çəkəcək.

---------

14:25

Qətərdə keçirilən dünya çempionatında Tunis və Avstraliya yığmaları D qrupunun II tur oyununda hesab açılıb.

23-cü dəqiqədə fərqlənən Mitçell Dyuk avstraliyalıları önə keçirib.

-----------

14:01

Qətərdə keçirilən dünya çempionatında Tunis və Avstraliya yığmaları D qrupunun II tur oyunu başlayıb.

Milli.Az bildirir ki, qarşılaşma Bakı vaxtı ilə saat 14:00-da start götürüb.

***

Qətərdə keçirilən dünya çempionatının D qrupunun II turunda üz-üzə gələcək Tunis və Avstraliya yığmalarının start heyətləri bəlli olub.

Komandalar meydana aşağıdakı "11-liklər"lə çıxacaqlar.

Tunis: Aymen Dahmen, Montassar Talbi, Yassin Meria, Dilan Bronn, Yussef Msakni (k), 9. İssam Cebali, Aysa Layduni, Elyess Sxiri, Məhəmməd Drager, Ali Abdi, Naim Sliti

Avstraliya: Metyu Rayan (K), Aziz Behiç, Mitçell Dyuk, Kreyq Qudvin, Cekson İrvin, Mettyu Leki, Rayli Makqri, Aaron Muy, Kay Rouls, Harri Suttar, Fran Karaçiç

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.

Milli.Az


Etiketlər:  2022 Avstraliya millisi Tunisə qalib gəldi VIDEO YENİLƏNİB


RƏYLƏR