Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycanda banan 3 manat oldu- Rekord qiymət

Azərbaycanda banan 3 manat oldu- Rekord qiymət

Tarix: 26 Noyabr 2022 22:36

Azərbaycanda bananın qiyməti artıb.

Bakupost.az xəbər verir ki, 2021-ci ilin sonunda 2-2.10 manata qədər bahalaşan bananın qiyməti bu ilin yanvar ayında 2.70 manata qalxmışdı. Bugündən isə bir çox meyvə-tərəvəz satışı mərkəzində bananın kilosu 3 manata satılır.

Satıcılar artımı topdansatış mərkəzlərinin qiyməti qaldırması ilə izah edirlər.
""Meyvəli"də qiyməti qaldırıblar. Biz baha alırıq. 3 manata satanda bizə kilosunda 20 qəpik qazanc olur", - deyə satıcılardan biri bildirib.
Beləliklə banan son 2 ildə 50% bahalaşan qida məhsuludur.

Milli.Az


Etiketlər:  Azərbaycanda banan 3 manat oldu Rekord qiymət


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ