Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Alimlər əsnəməyin faydasını açıqladı

Alimlər əsnəməyin faydasını açıqladı

Tarix: 26 Noyabr 2022 23:03

Əsnəmə - orqanizmin asqırmaq, öskürək, göz qırpma kimi təbii müdafiə refleksidir.

"Medicina" xəbər verir ki, bioloq NAtaliya Brik əsnəməyin vacibliyi barədə danışıb.
"Fiziologiya baxımından əsnəmək uzun, dərin nəfəs alma və ondan daha qısa nəfəs vermədir. Bu zaman ağız geniş açılır.

Əsnəmə zamanı beyində oksigenin səviyyəsində bir qədər yüksəlmə olur.
Bu zaman həm də daxili qulaqda təzyiq normallaşır.

Normada əsnəmə güclü yorğunluq, enerji itkisi, yuxudan qabaq və havasında karbon qazı olan məkanlarda olan zaman baş verir.
Nadir halda beynin oksigen aclığı ilə müşayiət olunan xəstəliklərdə də əsnəmə olur.

Bəzən deyirlər ki, insan bekarçılıqdan əsnəyir. Əslində bu uzun müddət bir yerdə hərəkətsiz oturduqda baş verir. Bu zaman beyin əlavə olaraq ventilyasiya prosesini işə salır ki, insan yatmasın.

Maraqlısı odur ki, əsnəmə yoluxucudur. Qarşındakı əsnəyirsə, sən də qeyri-ixtiyari əsnəyirsən.

Bircə autist uşaqlar və 5 yaşa qədər uşaqlar əsnəməni təkrarlamır.
Bu proses beynin güzgü neyronlarının sayəsində baş verir".


Etiketlər:  Alimlər əsnəməyin faydasını açıqladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ