Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Oktyabr 2019 15:28
"Los Anceles"in futbolçusu Karlos Vela MLS liqasında rekorda imza atıb.
Qol.az xəbər verir ki, 30 yaşlı hücumçu "Kolarado Rapids"lə matçda het-trik edərək cari mövsümdəki qol sayını 34-ə çatdırıb. Meksikalı futbolçu bu nəticə ilə MLS-də bir mövsümdə ən çox qol vuran oyunçu olub.
Qeyd edək ki, əvvəlki rekord 31 qol vuran Jozef Martinezə məxsus idi.