Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dünyanın artan problemi: Azərbaycanda 678 uşaqda piylənmə aşkarlanıb (ÖZƏL)

Dünyanın artan problemi: Azərbaycanda 678 uşaqda piylənmə aşkarlanıb (ÖZƏL)

Tarix: 7 Oktyabr 2019 15:40

Bakı. İlhamə İsabalayeva - Trend:

Ötən il Azərbaycanda 678 uşaqda ilk dəfə piylənmə aşkar edilib.

Trend-in məlumatına görə, 2017-ci ildə Azərbaycanda 699, 2016-cı ildə 712, 2015-ci ildə 586 uşaqda ilk dəfə piylənmə aşkar edilib.

2018-ci ildə 18 yaşadək olan hər 100 000 nəfər arasında 26 nəfərə ilk dəfə piylənmə diaqnozu qoyulub. 2017-ci ildə bu göstərici 27 nəfər təşkil edib.

2019-cu ilin əvvəlinə bu xəstəliklə qeydiyyatda olan uşaqların sayı əhalinin hər 100 000 nəfərinə hesabı ilə 51 nəfər (2017-ci ildə 57) olub.

Piylənmə daha çox oğlan uşaqları arasında müşahidə edilir.

Ötən il piylənmə aşkarlanmış qız uşaqlarının 41,3 faizi (2017-ci ildə 66,9 faizi) 0-13 yaşlı, 45,1 faizi (2017-ci ildə 33,1 faizi) 14-17 yaşlı olub.

Piylənmədən əziyyət çəkən oğlan uşaqlarının isə 58,7 faizi (2017-ci ildə 68,4 faizi) 0-13 yaşlı, 54,9 faizi (2017-ci ildə 31,6 faizi) 14-17 yaşlı olub.

Qeyd edək ki, BMT-nin bu yaxınlarda açıqladığı hesabata görə, dünyada beş yaşadək uşaqlar da daxil olmaqla, bütün yaş qruplarında artıq çəki və piylənmə halları artıb.

2018-ci ildə 40 milyon nəfər, yəni dünyadakı beş yaşadək bütün uşaqların 5,9 faizi artıq çəkidən əziyyət çəkib.

Artıq çəki və piylənmədən əziyyət çəkən 5 yaşadək uşaqlar daha çox Şimali Afrika və Qərbi Asiyada yaşayırlar.

Təşkilat qeyd edir ki, həmin uşaqlarda tibbi və psixoloji problemlər daha çox özünü göstərir.

Hesabata görə, keyfiyyətsiz qidalanma həm piylənməyə, həm də geniş yayılmış bir problemə - kifayət qədər qidalanmamağa səbəb olur.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, uşaq yaşlarında piylənmə akademik fəaliyyətə təsir göstərir. Bu amil dərslərdə yüksək dərəcədə davamsızlığa və gözləniləndən daha aşağı müvəffəqiyyət dərəcəsinə gətirib çıxarır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Dünyanın artan problemi Azərbaycanda uşaqda piylənmə aşkarlanıb ÖZƏL


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ