Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ən yaxşı smartfon məlum olub

Ən yaxşı smartfon məlum olub

Tarix: 7 Oktyabr 2019 16:36

ABŞ İstehlakçılar Birliyinin “Consumer Reports” nəşrinin mütəxəssisləri dünyanın ən yaxşı smartfonlarının siyahısını dərc ediblər.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Ferra” resursuna istinadən yazır ki, keçirilən bütün testlərin ümumi nəticəsinə görə 95 bal toplayan “iPhone 11 Pro Max” modeli birinci yeri tutub. İkinci yerdə “iPhone 11 Pro” (92 bal), üçüncüdə “Samsung Galaxy S10 ” (90 bal) smartfonları qərarlaşıb.

 

“Apple” smartfonları seriyasında kiçik model hesab edilən “iPhone 11” 89 bal qazanıb və səkkizinci yerlə kifayətlənməklə “iPhone XS” smartfonundan geri qalıb.

 

Ekspertlər tərəfindən reytinq liderlərinin qurğularının avtonomluğu yüksək qiymətləndirilib. Məsələn, “iPhone 11 Pro Max” modelinin testlərdə avtonom iş vaxtı 40,5 saat təşkil edib. Bundan başqa, smartfonun kamerasında və möhkəmliyində yaxşı nəticələr qeydə alınıb.

 

Nizam Nuriyev




Etiketlər:  yaxşı smartfon məlum olub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ