Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Meksikalı boksçu Messini döyməklə hədələdi - VİDEO - FOTO

Meksikalı boksçu Messini döyməklə hədələdi - VİDEO - FOTO

Tarix: 28 Noyabr 2022 19:52

Meksikalı boksçu Saul Alvares 2022-ci il futbol üzrə dünya çempionatının qrup mərhələsində argentinalı hücumçu Lionel Messini davranışına görə kəskin tənqid edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, 2:0 hesabı ilə Argentina yığmasının xeyrinə başa çatan oyundan sonra Messinin paltardəyişmə otağında Meksika millisinin formasına ayaqlarını sildiyini əks etdirən görüntülər yayılıb.

"Messinin Meksika forması ilə necə döşəmə sildiyini gördünüz? Messi Allaha dua etsin ki, onunla haradasa rastlaşmayım. Köynəyin yerdə olması Meksika üçün təhqirdir. Mən Argentinaya hörmət etdiyim kimi, Meksikaya da hörmət edilməsini istəyirəm. Söhbət bütün Argentinadan deyil, Messidən gedir", - deyə Alvares sosial şəbəkələrdə yazıb.

Qeyd edək ki, meksikalılar üzərində qələbə sayəsində Argentina millisi turnirin pley-off mərhələsinə çıxmaq şanslarını qoruyub. Yığma topladığı üç xalla "C" qrupunda ikinci yeri tutur. Dördlüyə liderlik edən Polşa yığmasının dörd xalı var. Səudiyyə Ərəbistanı üç xal ilə üçüncü, Meksika isə bir xalla dördüncüdür.

Bu dördlükdə pley-offun taleyini həll edəcək qrup mərhələsinin üçüncü turunda argentinalılar Polşa, meksikalılar isə Səudiyyə Ərəbistanı ilə qarşılaşacaqlar.

Milli.Az


Etiketlər:  Meksikalı boksçu Messini döyməklə hədələdi VİDEO FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ