Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Biz bu sənətə pula görə gəlməmişik'' - Xalq artisti - VİDEO

''Biz bu sənətə pula görə gəlməmişik'' - Xalq artisti - VİDEO

Tarix: 29 Noyabr 2022 15:05

"Vaxtı ilə biz böyük ustadlardan və müəllimlərdən dərs almışıq. Bizim özülümüz var. Biz bu sənətə pula görə gəlməmişik". 

Sonxeber.net bizim media-ya istinadən xəbər verir ki, bu sözləri Xalq artisti İlham Namiq Kamal "Maqazin plyus" verilişinə müsahibəsində deyib. 

73 yaşlı sənətkar yalnız özü kimi peşəkarlara dəyər verdiyini dilə gətirib: 

"Kimin məktəbi var, o sənət adamlarına daha böyük rəğbətim var. Yalnız peşəkarları alqışlayıram. Peşəkarlıq isə çox böyük məktəbdir".

Xalq artisti yeni ekran işlərində olmadığının səbəbini bu sözlərlə ifadə edib:

"Gözəl ssenarisi, peşəkar rejissor olarsa, mütləq şəkildə yeni serial və filmlərə çəkilərəm". 

İlham Namiq Kamal müsahibəsinin sonunda küsülü olduğu deyilən həmkarı Xalq artisti Afaq Bəşirqızı ilə münasibətlərinə də aydınlıq gətirib:

"Uzun illər biz Afaq xanımla rollar ifa etmişik. Kimsə bu xəbərlərdən qazanc əldə etmək istəyirsə qoy etsin. Belə xəbərləri yayanlar dolanışıq üçün edirlər"


Etiketlər:  sənətə pula görə gəlməmişik Xalq artisti VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ