Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bir gündə üç dəfə ''2'' aldı, özünü öldürmək istədi

Bir gündə üç dəfə ''2'' aldı, özünü öldürmək istədi

Tarix: 29 Noyabr 2022 20:14

Rusiyada, Nijni Novqorodda bir məktəbdə yeddinci sinif şagirdi bir gündə üç dəfə "2" qiymətini alandan sonra intihara cəhd edib.

Milli.Az bildirir ki, bu barədə "Ni Mash" Telegram kanalı məlumat yayıb.

Nəşrin məlumatına görə, uzun müddət xəstə olan qız dərslərə hazırlaşmayıb. Nəticədə məktəbli tarix, cəbr və ingilis dili fənlərindən "2" qiymət aldı.

Məlumatda deyilib ki, evdə intihara cəhd edən yeddinci sinif şagirdi anası tərəfindən aşkar edilib. Hadisə yerinə gələn təcili tibbi yardım əməkdaşları uşağın həyatını xilas edə biliblər. Həkimlər baş verənlərlə bağlı qızla danışıblar.

İrfan Vəliyev
Milli.Az


Etiketlər:  gündə üç dəfə aldı özünü öldürmək istədi


RƏYLƏR