Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Noyabr 2022 22:36
Dünya Səhiyyə Təşkilatı dünya ekspertləri ilə apardığı bir sıra məsləhətləşmələrdən sonra meymunçiçəyinə (monkeypox) sinonim qismində yeni, "empoks" (mpox) terminini təsdiqləyib.
"Medicina" xəbər verir ki, "meymunçiçəyi" termini tədricən istifadədən çıxana qədər bir il ərzində hər iki addan istifadə ediləcək.
ÜST Xəstəliklərin Beynəlxalq Təsnifatının (XBT) yenilənmə prosesinə müvafiq olaraq bir sıra ekspertlər, həmçinin üzv ölkələrin və geniş ictimaiyyətin nümayəndələri arasında sorğu apararaq qərara alıb ki, "empoks" bir il keçid dövrü ərzində daha üstün tutulan termin olacaq. Bu, xəstəliyin qlobal yayıldığı vaxt adın dəyişdirilməsi ilə bağlı yaranan qarışıqlıqdan çəkinmək imkanı verəcək.
"Empoks" termini XBT-nin ilk onluğuna yaxın günlərdə əlavə ediləcək və 2023-cü ildə XBT-11-in rəsmi nəşrinə daxil olacaq. Qərara alınıb ki, "empoks" termini başqa dillərdə də istifadə oluna bilər.