Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ərə getmək istəməyən qızı belə qaçırdılar - VİDEO

Ərə getmək istəməyən qızı belə qaçırdılar - VİDEO

Tarix: 30 Noyabr 2022 20:18

Rusiyada, Tambovda 3 kişi 18 yaşlı qızı yaşadığı mənzildən qaçırıb.

Sonxeber.net bildirir ki, cinayət müşahidə kamerasına düşüb, qeydi "Tambov reportyoru" dərc edib.

Görüntülərdə kişilərin qızı yaşayış binasının girişindən qucağında apardıqları görünüb. Onu maşınla aparıblar.

Noyabrın 18-i günorta saatlarında qızın anası ilə birgə yaşadığı evə 3 şübhəli şəxs soxulub. Kişilər ananı iplə sarıblar və qızı qaçırıblar. Onu Nijni Novqoroda aparıblar. Bir neçə gündən sonra qız əsirlikdən qaça bilib və hüquq-mühafizə orqanlarına müraciət edib.

Oğurluqda ata və onun 24 və 20 yaşlı iki oğlu iştirak edib. Rusiya İstintaq Komitəsinin regional şöbəsindən verilən məlumata görə, qız kiçik oğlu ilə evlənməkdən imtina edib, rədd cavabı alan gənc isə qohumlarının köməyi ilə onu qaçırmaq qərarına gəlib.

Müstəntiqlər adam oğurluğu faktı ilə bağlı cinayət işi açıb. 20 yaşlı şübhəli nəzarətə götürülüb, qohumları federal axtarışa verilib.

İrfan Vəliyev


Etiketlər:  Ərə getmək istəməyən qızı belə qaçırdılar VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ