Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Almaniya Parlamenti Qolodomoru soyqırımı aktı kimi tanıyıb

Almaniya Parlamenti Qolodomoru soyqırımı aktı kimi tanıyıb

Tarix: 30 Noyabr 2022 23:52

Almaniya Parlamenti Qolodomoru soyqırım aktı kimi tanıyıb.

Milli.Az APA-ya istinadən bildirir ki, Almaniya Bundestaqı 1930-cu illərdə Sovet lideri Stalinin siyasəti nəticəsində Ukraynada milyonlarla insanın ölümünə səbəb olan aclığı soyqırımı elan edib.

Qətnamədə Qolodomor insanlığa qarşı cinayət adlandırılıb.

"Baş verənlərə görə Stalinin rəhbərliyi altında Sovet İttifaqının siyasi heyəti məsuliyyət daşıyırdı", - deyə bildirilib.

Kansler Olaf Şoltsun hakim koalisiyasına daxil olan üç partiya - Sosial Demokratlar, Yaşıllar və Azad Demokratlar, eləcə də əsas müxalifətdə olan Xristian

Demokratlar və Xristian Sosial İttifaqı Bundestaqda qətnamənin lehinə səs verib.

Milli.Az


Etiketlər:  Almaniya Parlamenti Qolodomoru soyqırımı aktı kimi tanıyıb


RƏYLƏR