Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Oktyabr 2019 01:44
Bakı. Trend:
Türkiyə aviasiyası Suriya Demokratik Qüvvələrinin (SDF) Haseke vilayətindəki bazasına zərbələr endirib.
Trend-in məlumatına görə, bu barədə "al-Mayadeen" telekanalı bildirib.
Məlumata əsasən, Türk təyyarələri Suriyanın şimal-şərqindəki Haseke vilayətindəki Əl-Malikiya şəhəri ətrafında kürd qüvvələrinin qərargahına hücum edib.
Zərbələr nəticəsində qurbanlar barədə məlumat verilməyib.
Suriyanın dövlət kanalı Ikhbariya Türkiyənin Əl-Malikinin yaxınlığındakı Tell-Tavil kəndində yerləşən SDF qüvvələrinə qarşı hücum etdiyini də bildirdi.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin