Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Dekabr 2022 00:24
Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayevanın qardaş Türkiyənin bu ölkədəki səfiri Ali Onaner ilə görüşü olub.
Görüşdə səfirlər iki qardaş ölkə - Azərbaycan və Türkiyə arasında yüksək səviyyəli strateji əlaqələrdən söz açıblar. Regiondakı vəziyyətlə bağlı fikir mübadiləsi aparan səfirlər Azərbaycanın erməni işğalından azad olunmuş ərazilərində aparılan bərpa-quruculuq işləri, bu işlərdə türk şirkətlərinin iştirakı və dəstəyi bir daha xatırlanılıb.
Tərəflər Fransadakı səfirliklərimiz arasında əməkdaşlığın prioritet sahələrindən söz açaraq, onun daha da möhkəmləndirilməsi və birgə layihələrin həyata keçirilməsini müzakirə ediblər.