Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Dekabr 2022 18:04
Rusiyada, Tümen vilayətində polis 51 yaşlı Yalutorovsk sakininin rəfiqəsinə poçtla göndərməyə çalışdığı bağlamadan 0,1 qram heroin tapıb.
Sonxeber.net bildirir ki, bu barədə Daxili İşlər Nazirliyinin Tümen vilayəti üzrə mətbuat xidmətindən məlumat verilib.
Polisin məlumatına görə, rusiyalı qadın messencerlərdən birində narkotik sifariş edib, bundan sonra poçt şöbəsində bağlamanın başqa şəhərə göndərilməsini təşkil edib. Heroin bağlamasını kimsə tapmasın deyə qutuya qadın paltarlarını qoyub.
Narkotik göndərən qadın saxlanılıb və ona qarşı narkotik alverinə cəhdə görə cinayət işi açılıb. Onu dörd ildən səkkiz ilə qədər həbs gözləyir. Qadının heç yerə getməməsi ilə əlaqədər yazılı vəsatət götürülüb.
İrfan Vəliyev