Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Dekabr 2022 19:56
Bakının Sabunçu rayonu, Zabrat qəsəbəsi, Bəşir Səfəroğlu küçəsində kanalizasiya xətləri və asfalt örtüyünün olmaması sakinlərə problemlər yaradır.
Sonxeber.net Xəzər Xəbər-ə istinadən xəbər verir ki, sakinlər bildirir ki, yaşanan problemlə bağlı aidiyəti qurumlara dəfələrlə həm şifahi, həm də yazılı müraciət ediblər, nəticəsi olmayıb.
Məsələ ilə əlaqədar Sabunçu Rayon İcra Hakimiyyətindən bildirildi ki, sakinlərin şikayəti aidiyyəti üzrə yönləndirilib.
"Azərsu" Açıq Səhmdar Cəmiyyətindən isə bildirib ki, həmin ərazidə, yeni massivdə kanalizasiya infrastrukturu mövcud deyil. Abşeron yarımadası üzrə master planda gələcəkdə kanalizasiya infrastrukturunun yaradılması planlaşdırılır. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyilə isə əlaqə yaratmaq mümkün olmadı.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: