Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Miokard infarktının ağırlaşmaları

Miokard infarktının ağırlaşmaları

Tarix: 3 Dekabr 2022 08:51

Miokard infarktının ağırlaşması bir-neçə faktordan asılıdır. Onlardan ən önəmlisi ürək əzələsinin zədələnmə sahəsinin ölçüsüdür.
İkinci faktor isə prosesin lokalizasiyasıdır. Belə ki, sol mədəciyin geniş hissəsinin zədələnməsi digərlərindən daha çox ağırlaşmaya səbəb olur.
Üçüncü faktor ürək əzələsinin zədələnməsinin transmural xarakteridir ki, bu da ürək əzələsinin bütün qatlarının prosesə cəlb olunması ilə xarakterizə olunur və ağırlaşmalara gətirib çıxarır.
Dördüncü faktora koronar damarlarda dəyişikliklərin xarakteri ( miokard infarktının inkişafı) daxildir.
Miokard infarktının ağırlaşması əksərən ürək əzələsinin böyük və dərin zədələnməsində baş verir. İnfarkt sahəsinin böyük olması infarkt sahəsinin yumşalmasına səbəb olur ki, bu da divar qalınlığının azalmasına və sol mədəcik boşluğunun artmasına gətirib çıxarır. Bütün bunlar anevrizmaya, miokardın cırılmasına, trombun yaranmasına, ürək çatışmazlığına və perikarditə şərait yaradır. İnfarktın 2 ağırlaşması var:
1. Erkən.
2. Gecikmiş.
Erkən ağırlaşmalara xəstəliyin ən kəskin dövründə rast gəlinir. Belə ağırlaşmalara sol mədəcik çatışmazlığı, ürək astması, kardiogen şok, ürəyin keçiricilik pozğunluqları, sol mədəciyin anevrizması və s. aiddir.
Gecikmiş ağırlaşmalara isə infarkdan sonrakı stenokardiya, durğunluq ürək çatışmazlığı, sol mədəciyin xroniki anevrizması daxildir.

Milli.Az


Etiketlər:  Miokard infarktının ağırlaşmaları


RƏYLƏR