Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 May 2019 17:09
Bakı. Trend:
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Bakı-Novorossiysk boru kəmərinin Azərbaycan sahəsində davam edən təmir işləri ilə əlaqədar neft nəqlini bərpa etməyi planlaşdırmır.
Trend-in məlumatına görə, bunu şirkətin ictimaiyyətlə əlaqələr üzrə nümayəndəsi İbrahim Əhmədov deyib.
O, təmir işlərinin başa çatacağı tarix barədə konkret məlumat verməyib.
Qeyd edək ki, Azərbaycan Bakı-Novorossiysk boru kəməri ilə neft nəqlini mart ayında dayandırıb. SOCAR-ın nümayəndəsi bildirib ki, bu istiqamətdə nəqli nəzərdə tutulan neft Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə tədarük edilir.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin