Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Qarabağ”la oyundan sonra hamı Lopetegi və komandası barədə danışırdı''

“Qarabağ”la oyundan sonra hamı Lopetegi və komandası barədə danışırdı''

Tarix: 8 Oktyabr 2019 11:20

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan “Sevilya”nın idman direktoru Monçi komandanın mövcud vəziyyəti barədə danışıb.

Qol.az “Marca” nəşrinə istinadən xəbər verir ki, Monçi komandanın bu yay transfer etdiyi Lyuk De Yonq barəsində fikirlər səsləndirib: “Bu, məşqçinin qərarıdır. Bilirəm ki, mediadan və küçədəki şayiələrdən uzaq qalmaq olduqca çətindir. Lyuk soyuqqanlı oyunçudur, epizodları dəyərləndirə bilir. Mənim ona inamım böyükdür. Ümid edək ki, tezliklə o da fərqlənəcək. Əgər Lyuk fərqlənə bilməsə, bu bir idman direktoru üçün əsl uğursuzluq olacaq. Komanda hücumçu olmadan da fərqlənə bilib”.

Bununla yanaşı, idman direktoru “Qarabağ”la səfər matçını da yada salaraq bunları qeyd edib: “Məsuliyyətimi gizlətmirəm, mövcud statistika məni qorumur. Qarşıda hələ aylar var. Xatırlayıram ki, “Qarabağ” səfərindən qayıdanda hamı Lopetegi və komandası barədə danışırdı. Amma 10 gün sonra... Küçədə deyilənlərlə yaşaya bilmərik. Tənqidlərə dözməyi öyrənmişəm”.  

Qeyd edək ki, AL-in qrup mərhələsinin ilk turunda oynanılan “Qarabağ” – “Sevilya” matçı qonaqların 3:0 hesablı qələbəsi ilə başa çatıb.

 


Etiketlər:  Qarabağla oyundan sonra hamı Lopetegi komandası barədə danışırdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ