Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Argentina çətin qələbə ilə 1/4 finalda - YENİLƏNİB - VİDEO - FOTO

Argentina çətin qələbə ilə 1/4 finalda - YENİLƏNİB - VİDEO - FOTO

Tarix: 4 Dekabr 2022 01:02

00:59

Qətərdə keçirilən DÇ-2022-də 1/8 finalın daha bir oyunu keçirilib.

1/4 finalın ikinci iştirakçısı Argentina və Avstraliyanın duelində bəlli olub.

Cənubi amerikalılar minimal hesabla da olsa, mərhələ adlamağı bacarıb.

Qeyd edək ki, 1/8 final mərhələsi dekabrın 6-dək davam edəcək.

DÇ-2022
1/8 final
3 dekabr
23:00. Argentina - Avstraliya - 2:1
Qol: 
Lionel Messi, 35. Xulian Albares, 57 - Kreyq Qudvin, 77

00:43

DÇ-2022, 1/8 final

Argentina - Avstraliya - 2:1 (İkinci hissə)

Qollar: Lionel Messi, 35 (1:0), Xulian Alvares, 57 (2:0), Kreyq Qoodvin, 77 (2:1)

00:21

Argentina - Avstraliya - 2:0 (İkinci hissə)

Qollar: Lionel Messi, 35 (1:0), Xulian Alvares, 57 (2:0)

03.12.2022

23:58

Qətərdə keçirilən DÇ-2022-də 1/8 finalın daha bir oyunu keçiriləcək.

Milli.Az apasport.az-a istinadən bildirir ki, 1/4 finalın ikinci iştirakçısı Argentina və Avstraliyanın duelində bəlli olacaq.

Bu komandaları DÇ-2022-də oxşar tale yaşaması birləşdirir. Hər iki komanda ilk turda məğlubiyyətlə üzləşsə də, ardıcıl iki qələbə ilə qrupdan çıxıb.

Lionel Messi və komandası sensasiyalı şəkildə Səudiyyə Ərəbistanına uduzsa da, toparlanaraq qələbələri sıralayıb. Asiya təmsilçisi kimi yarışa qatılan "Yaşıl qitə" futbolçuları Fransadan aldığı darmadağından sonra gözlənilməz qələbələrlə qrup ikincisi olub. 

Təkcə bu matçın deyil, çempionatın favoritlərindən olan cənubi amerikalılar 4 il əvvəlki kimi 1/8 finalda dayanmamaq üçün əlindən gələni edəcək. Avstraliya isə 16 ildən sonra qatıldığı 1/8 final səddini ilk dəfə keçmək üçün sensasiyaya köklənib.

Qeyd edək ki, 1/8 final mərhələsi dekabrın 6-dək davam edəcək.

DÇ-2022
1/8 final
3 dekabr
23:00. Argentina - Avstraliya - 1:0
Qol: 
Lionel Messi, 35

Milli.Az


Etiketlər:  Argentina çətin qələbə ilə 14 finalda YENİLƏNİB VİDEO FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ