Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Dekabr 2022 21:36
Histeri daha çox qadınlarda rast gəlinən psixoloji xəstəlikdir.
Medicina.az xəbər verir ki, bu cür xəstələr hər zaman öndə olmaq, seçilmək istəyirlər və bunu ifrat dərəcədə həyata keçirməkdən çəkinmirlər. Əgər maraq dairəsi onlara yönəlməyibsə bu vəziyyətdən çox narahat olurlar. Belə anlarda diqqəti öz üzərlərinə çəkmək üçün hər cür hərəkət edə bilərlər. Bu cür insanların danışıqları mənalı olmaz, tamamilə maraq çəkmək məqsədi daşıyar.
Sürətli dəyişim və davranışlar, qurulan münasibətlərdə daimi olaraq problem çıxartmaq xəstəliyin digər xüsusiyyətlərindəndir.
Müalicəsi adətən xəstənin özündən asılı olur. Təbii ki, köməkçi vasitə kimi davranış terapiyaları da tətbiq olunur. Bunun üçün ilk olaraq xəstə özü barədə ciddi düşünməlidir və özünü araşdırmalıdır. Həll olunması üçün təməldə yatan problem həll edilməlidir.
Əksinə olaraq xəstə psixoterapiyə qarşı müqavimət göstərərsə, xəstəliyin müalicəsi mümkün olmaya bilər.