Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Göz suyu qurusa nə baş verər?

Göz suyu qurusa nə baş verər?

Tarix: 4 Dekabr 2022 22:06

Gözün kənar təsirlərdən qorunması üçün suya ehtiyacı var. Bu, adi su deyil, məhz gözün özünün istehsal etdiyi mayedir.

Medicina.az xəbər verir ki, bəzi səbəblərdən göz suyu azalaraq quruma başlayır. Quruma isə sonda korlaşma ilə nəticələnə bilər. Bəzən göz öz suyunu həddindən çox istehsal edir ki, buna göz sulanması deyilir. Tibbdə bu hal epifora adlanır. Bunun bir çox səbəbləri ola bilər. Gözə daxil olan yad cisimlər, iltihab, qrip, göz təzyiqi əsas faktorlardır. Bundan əlavə, ağlamaq, həyəcan, yorğunluq, isti, soyuq da göz yaşarmasına təsir edə bilər.

Müalicə üsulu sulanmanın səbəbi bilindikdən sonra ona uyğun olaraq edilir. Göz həkiminin uyğun görəcəyi damlalar sayəsində bu problem rahatlıqla aradan qaldırıla bilər.


Etiketlər:  Göz suyu qurusa baş verər


RƏYLƏR