Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Levandovski Peleni geridə qoydu

Levandovski Peleni geridə qoydu

Tarix: 4 Dekabr 2022 23:52

Polşa millisinin futbolçusu Robert Levandovski milli komandaların bombardirləri siyahısında braziliyalı əfsanəvi oyunçu Peleni qabaqlayıb.

34 yaşlı hücumçu buna DÇ-2022-nin 1/8 finalında Fransa ilə görüşdə (1:3) penaltini dəqiq yerinə yetirməklə nail olub. Nəticədə Levandovski millidə 78-ci qolunu vurub.

O, ümumilikdə yığma komandaların bombardirləri siyahısında Peleni (77 qol) qabaqlayıb. Forvard hazırda iraqlı Hüseyn Səidlə 9-cu yeri bölüşür. Sıralamaya Kriştiano Ronaldo liderlik edir (118 qol). Əli Daei (İran) 109 qolla 2-ci, Lionel Messi (Argentina) 94 qolla 3-cüdür.

Qeyd edək ki, Levandovski 2008-ci ildən Polşa millisində oynayır.

Əlavə edək ki, Polşa DÇ-2022-nin 1/8 finalında Fransaya 1:3 hesabı ilə uduzub və turnirdə mübarizəni dayandırıb.

Milli.Az


Etiketlər:  Levandovski Peleni geridə qoydu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ