Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Dekabr 2022 10:00
Rusiya Müdafiə Nazirliyinin ölkəmizə müvəqqəti yerləşdirilən rus sülhməramlılarının gündəlik fəaliyyətinə dair dünən paylaşdığı xəritədə "Dağlıq Qarabağ" ifadəsindən başqa digər yerlər Azərbaycan dilində qeyd olunub.
Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, bu haqda Rusiya MN-nin rəsmi internet səhifəsində xəritə yerləşdirilib.
Qeyd edək ki, Qarabağda müvəqqəti yerləşdirilən sülhməramlı qüvvələrin komandanı general-mayor Andrey Volkov 3 dekabr tarixində jurnalistlərin sualına cavabı zamanı toponimlərimizə hörmətlə yanaşdıqlarını, onları Azərbaycan tərəfinin göndərdiyi adlarla qeyd etdiklərini, lakin Rusiya MN-nin internet səhifəsində bu qaydaya düzgün əməl olunmadığını bildirmişdi.