Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Dekabr 2022 12:20
Təbrizdə azərbaycanlı jurnalist təzyiqlərlə qarşılaşıb. O etiraz aksiyalarını işıqlandırdığı üçün saxlanılıb və fəaliyyətinə qadağa qoyulub.
Sonxeber.net xəbər verir ki, Təbrizdə yaşayan media fəalı və jurnalist Aydın Təbrizinin fəaliyyətinin molla rejimi tərəfindən qadağan edildiyi deyilir.
Sosial media fəlları son günlər Aydın Təbrizinin ETTELAAT İdarəsinə çağrılaraq dindirildiyini və sosial şəbəkələrdə fəaliyyətini dayandırması üçün təzyiq göstərildiyini bildirirlər.
Azərbaycanlı jurnalistin etiraz aksiyalarına dəstək verməsi və hadisələri işıqlandırması ilə təzyiqlərlə qarşılaşdığı qeyd edilir.
Qeyd edək ki, media fəalı bundan öncə də fəaliyyətlərinə görə basqılarla və həbsə məruz qalıb.