Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

AFFA cəza və cərimələri açıqladı

AFFA cəza və cərimələri açıqladı

Tarix: 8 Oktyabr 2019 14:44

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Qol.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, iclasda Azərbaycan Premyer Liqasının 7-ci turunda  baş verənlər müzakirə olunub.

 “Sumqayıt” – “Keşlə” matçında meydan sahiblərinin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.
 
“Neftçi” – “Səbail” matçında “Neftçi” və “Səbail"in 4 futbolçuları sarı vərəqə ilə cəzalandıqları üçün hər iki klub 800 manat cərimə olunub.

“Qarabağ” – “Sabah” matçının 79-cu dəqiqəsində qonaq komandanın futbolçusu Bəhlul Mustafazadə sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

 


Etiketlər:  AFFA cəza cərimələri açıqladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ