Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Dekabr 2022 07:28
Portuqaliya millisinin müdafiəçisi Pepe dünya çempionatının pley-off mərhələsində qol vuran ən yaşlı futbolçu olub.
Sonxeber.net "report"a istinadən bildirir ki, arxa xətt oyunçusu buna İsveçrəyə qarşı keçirdikləri 1/8 final mərhələsinin görüşündə fərqlənməklə nail olub.
33-cü dəqiqədə rəqib qapısına yol tapan futbolçu həmin vaxt 39 yaş 9 aylığında olub.
Qeyd edək ki, qarşılaşmada Portuqaliya 6:1 hesabı ilə qalib gəlib.