Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Dekabr 2022 22:06
"Ukraynada aparılan xüsusi hərbi əməliyyat uzun prosesdir, lakin o, əhəmiyyətli nəticələr verib".
Sonxeber.net "qafqazinfo"ya istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Vətəndaş Cəmiyyətinin İnkişafı və İnsan Haqları Şurasının (İHŞ) üzvləri ilə görüşü zamanı deyib.
"Xüsusi hərbi əməliyyatın nəticələrini uzun müddətdən sonra görə biləcəyik. Yeni ərazilər yaranıb. Bu, Rusiya üçün əhəmiyyətli nəticədir",-deyə Putin bildirib.
Prezident Rusiyada insanların müharibə ilə bağlı referendumda iştirakından bəhs edib:
"Referendumun nəticələri göstərdi ki, insanlar Rusiyada olmaq istəyirlər və özlərini bu məkanın bir hissəsi hesab edirlər".