Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Anam Şəmkirdəndir'' - İngiltərənin azərbaycanlı gözəli

''Anam Şəmkirdəndir'' -  İngiltərənin azərbaycanlı gözəli

Tarix: 8 Dekabr 2022 13:20

İngiltərənin Azərbaycan əsilli makiyajsız gözəli kimi tanınan Melisa Rauf  "BBC Azərbaycanca"ya müsahibə verib.

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, Melisa yarışmaya qatılmasından, makiyajsız çıxışından bəhs edib. O, bildirib ki, anası azərbaycanlı, atası İran azərbaycanlısıdır.

"Atamdakı İran və azərbaycanlı qarışığını sevirəm. Ancaq əlbəttə ki, mən burada böyümüşəm. Mən bunların hamısını sevirəm. Hər şeyin yaxşısını götürürəm. Yəqin ki, qarışıq ailədən olmağın üstünlüyü budur" deyə, Melisa bildirib. 

Yarışmaya makiyajsız qatılmasından danışan model "Makiyajsız çıxış etməyim qadınlara onu göstərir ki, gözəl görünmək üçün standartlara uyğunlaşmaq məcburiyyətində deyilsiniz. Edə biləcəyiniz ən gözəl şey özünüz olmaqdır: makiyajlı və ya makiyajsız. Əvvəlcə Londonda yarışmaya qatıldım, sonra İngiltərədə çıxış mərhələsi var. Burada qızlar makiyaj və effektin olmadığı şəkillər paylaşırlar. Bundan sonra anladım ki, özümü gözəl hiss etməyim üçün makiyaj və filterə ehtiyacım yoxdur" sözlərini əlavə edib.

Melisa Azərbaycana tez-tez gəldiyini deyib:

"Nənəmə baş çəkirəm. Nənə-babamı görürəm. Qohumlarımla görüşürəm. Anam əslən Şəmkirdəndir. Orada çoxlu qohumlarım var. Bakını çox sevirəm. Bakı mənim ürəyimdir. Olduğum ən gözəl yerlərdən biridir".

İranda baş verənlərə münasibət bildirən İngiltərə gözəli xüsusilə qadınları dəstəklədiyini vurğulayıb:

"İranda və bütün dünyada qadınlar azad seçim və özlərini ifadə etmək istəyi ilə etirazlar edirlər. Heç bir qadın özünü necə təqdim etməsi ilə bağlı mühakimə edilməməlidir və ya hücumlara məruz qalmamalıdır. Dünyada bu mərd qadınların seçim ideyası uğrunda həyatlarını riskə atması heyrətamizdir. Onlarla fəxr edirəm".

Qeyd edək ki, Melisa Rauf  "Miss England" gözəllik müsabiqəsinə qatılıb. Yarımfinalda "Face Top Model" nominasiyasının qalibi olub. Kollec tələbəsi olan 20 yaşlı Melisa "Miss İngiltərə"nin 94 illik tarixində makiyajsız yarışan ilk iştirakçıdır.


Etiketlər:  Anam Şəmkirdəndir İngiltərənin azərbaycanlı gözəli


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ