Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Əliyevin imtinasından sonra variantlar axtarırıq – İrəvan

Əliyevin imtinasından sonra variantlar axtarırıq –  İrəvan

Tarix: 8 Dekabr 2022 21:02

Ermənistan görüşlə bağlı bütün variantları müzakirə edir.

Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu sözləri Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.

O bildirib ki, Azərbaycan liderinin 7 dekabrda Brüsseldə nəzərdə tutulan görüşdən imtinasından sonra (Ermənistanın şərtinə görə - red.) yeni problemlər yaranıb:

"Ermənistan görüşün mümkünlüyü ilə bağlı variantları incələyir - ola bilsin ki, Sankt-Peterburq, Brüssel və yaxud başqa yerdə görüş baş tutsun".

Qeyd edək ki, 7 dekabrda Brüsseldə nəzərdə tutulan görüşə bir neçə gün qalmış Ermənistan Baş naziri Nikol Paşinyan Fransa Prezidenti Emmanuel Makronun iştirakı şərtini irəli sürmüşdü. Rəsmi Bakı İrəvanın şərtini qəbuledilməz adlandıraraq, bunu görüşdən imtina kimi qiymətləndirmişdi.


Etiketlər:  Əliyevin imtinasından sonra variantlar axtarırıq İrəvan


RƏYLƏR