Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Meydanda amansız mübarizə getdi'' - Rəşad Sadıqov

''Meydanda amansız mübarizə getdi'' - Rəşad Sadıqov

Tarix: 8 Dekabr 2022 21:12

"Kubokda ilk oyunu şərh etməyi heç sevmirəm. Sanki birinci hissədə oynayırsan, fasilədə matçı şərh edirsən. Meydanda amansız mübarizə getdi. Əsl kubok avb-havası var idi. Böyük hesab yoxdursa, demək, məsələ cavab görüşündə həll ediləcək".

Bu sözləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan kubokunun 1/4 finalının "Neftçi"yə qalib gəldikləri ilk oyunundan sonra mətbuat konfransında deyib.

O, 1:0 hesablı qələbəni belə şərh edib: "Neftçi" pressinq edirdi. Onlar bizi ikinci zonada qarşılayırdı. Qapılara zərbə yoxdur. İkinci hissədə iki hücum oldu. Hər iki komanda bir-birinə oynamaq imkanı vermədi. Bu da gözlənilən idi. Əvvəlki matçlar da amansız mübarizə şəraitində keçmişdi".

Sadıqov uzun müddət zədə səbəbndən oynamayan Filipe Paxtmanın yenidən sıradan çıxmasından da danışıb: "Bizi məyus edir. Amma onun istedadına inanıram. Allah qoysa, zədələri geridə qoyub, öz potensialını açacaq".


Etiketlər:  Meydanda amansız mübarizə getdi Rəşad Sadıqov


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ