Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Aİ və BMT İrana çağırış etdi

Aİ və BMT İrana çağırış etdi

Tarix: 9 Dekabr 2022 07:42

Avropa İttifaqı (Aİ) və Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Haqları Şurası İranı etirazlar zamanı həbs olunan şəxslərin edamını dayandırmağa çağırıb.

Sonxeber.net "qafqazinfo"ya istinadən xəbər verir ki, bununla bağlı Aİ və BMT birgə bəyanat yayıb.

"Bu gün 23 yaşlı Muhsin Şikari  edam edilib. Avropa İttifaqı edamı ən sərt şəkildə pisləyir. Aİ İran hakimiyyətini ölüm hökmü tətbiq etməkdən çəkinməyə, gələcək edamlardan qaçmağa və ölüm hökmünün tamamilə ləğvi istiqamətində ardıcıl siyasət yürütməyə çağırır",-deyə bəyanatda deyilir.

Bəyanatda İranı tərəfdar çıxdığı Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktdan irəli gələn öhdəliklərə ciddi şəkildə əməl etməyə çağırılıb.


Etiketlər:  İrana çağırış etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ