Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Dekabr 2022 13:40
"İranda edamlar davam edəcək".
Sonxeber.net report-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu məlumat yayıb.
Bildirilib ki, dekabrın 8-də ölkədə etirazlar başlayandan bəri ilk edam həyata keçirilib: "23 yaşlı Möhsün Şəkəri edam edilib. Rejim, çox güman ki, edamdan etiraz aksiyalarının qarşısını almaq və nümayişçiləri qorxutmaq üçün istifadə edir. Lakin onun icrası əks effekt verə bilər. Etiraz koordinatorları və təşkilatları edamı pisləyərək Şəkərinin qisasını alacaqlarına söz verdilər".
Məlumata görə, rejim həbs edilmiş daha 10 etirazçı ilə bağlı ölüm hökmü verib: "Beləliklə, yaxın vaxtlarda əlavə edamlar həyata keçirilə bilər. Edamlar davam edən etirazları daha da canlandıra bilər".