Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Dekabr 2022 19:50
Kriştianu Ronaldu DÇ-2022-nin 1/4 final mərhələsində də start heyətində yer almayacaq.
Sonxeber.net apasport.az-a istinadən bildirir ki, bunu Portuqaliyanın "A Bola" nəşri iddia edir.
Bildirilib ki, 37 yaşlı forvard 1/8 final mərhələsinin İsveçrə ilə matçında (6:1) olduğu kimi yenə ehtiyatda qalacaq. 1/4 finalın Mərakeşlə sabahkı görüşünə də Qonsalu Ramuş ilk dəqiqələrdən meydana çıxacaq.
Qeyd edək ki, Ramuş İsveçrə ilə görüşdə het-trikə imza atıb.